Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

0

  •         18.01.2020-ci il tarixdə Qanlı 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində anım tədbiri keçirildi. Tədbirdə Nizami Gəncəvi muzeyinin, Nizami Məqbərəsinin, Qala qapı muzeyinin əməkdaşları, Xocalı rayon Kosalar kənd və Əli Kərim adına Başkənd kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak etdi. 

            Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

            Çıxış edən natiqlər 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycanın yaradılmasında əsas bünövrə təşkil etdiyini söylədilər. Yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xalqımızın silahsız övladlarını vəhşicəsinə qətlə yetirdiyi, bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulandı.

            Tədbir iştirakçıları sonda "Şəhidlərin qanı yerdə qalmayacaq"adlı rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib65 dəfə
    Xocalı rayon Yaloba kənd Tarix Diyarşünaslıq muzeyində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

    Maraqlı gələ bilər
    113
    63
    67
    89